Xəbər lenti

Ölkə 11:10 03.12.2025

"Bakı Metopoliteni" söz verdiyi maaşı vermədiyi üçün qurumla yollarını ayırdı

Teleaparıcı Nərmin Salmanova, Bakı Metropoliteni ilə əməkdaşlıq barədə xəbərləri təkzib edərək, razılaşmanın məvacibin dəyişdirilməsi səbəbilə pozulduğunu bildirib.

Qaynarinfo Anews.az-a istinadla xəbər verir ki, Salmanova sosial şəbəkədə paylaşdığı açıqlamasında qeyd edib ki, televiziya fəaliyyətindən ayrılması Metropolitenin təklifi və yeni sahədə özünü sınamaq istəyi ilə bağlı idi. Onun sözlərinə görə, danışıqlarda ilkin əməkhaqqı məbləği razılaşdırılsa da, müqavilədə əvvəlkilə uyğun olmayan, fərqli məbləğ göstərilib və buna görə əməkdaşlıq baş tutmayıb.

"Orada çalışdığım barədə yayılan məlumat düzgün deyil”, —  Salmanova bildirib və hazırda peşəkar planlarını dəyərləndirdiyini vurğulayıb.

Qeyd edək ki, N.Salmanova buna qədər bir neçə telekanalda aparıcı kimi çalışıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->