Xəbər lenti

Xəzərdə 320-dən çox suitinin cəsədi tapıldı
Ölkə 23:55 02.12.2025

Xəzərdə 320-dən çox suitinin cəsədi tapıldı

Xəzər dənizi sahilində 320-dən çox ölü suiti tapılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, Sulek çayının mənsəbindən Terek çayına qədər sahilboyu ümumilikdə 322 suiti cəsədi aşkar edilib. Qeyd olunur ki, ərazidə araşdırmalar genişləndikcə, bu rəqəm daha da arta bilər.

Qeyd edilir ki, Xəzər suitilərinin belə kütləvi şəkildə tələf olması xüsusilə onların illik miqrasiya dövründə müşahidə olunur. Alimlər bunu, əsasən, dənizin dibi boyunca təbii qaz çıxışları nəticəsində yaranan boğulma halları ilə əlaqələndirirlər. Bu prosesin seysmik fəallıqla bağlı olduğu vurğulanır.

Xatırladaq ki, bundan əvvəl Dağıstanın Ekologiya Nazirliyi Xəzər suitilərinin kütləvi tələfi ilə bağlı ilkin məlumatların daxil olduğunu bildirmişdi. Nazirlikdən deyilib ki, mütəxəssislər sahilyanı zonada yerində araşdırmalara başlayıblar.

Onu da bildirək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə dəniz məməlisidir. Növ 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən "yox olmaq təhlükəsində olan” kateqoriyasına daxil edilib, 2020-ci ildə isə Rusiyanın Qırmızı Kitabına salınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->