Bakı Metropoliteninin maliyyə hesabatlarına dair auditorların rəyləri veriləcək.
Trend-in məlumatına görə, bu barədə şənbə günü rəsmi mətbuatda Nazirlər Kabinetinin metropolitenin Nizamnaməsinə dəyişikliklərin edilməsi haqqında dərc edilən qərarında deyilir.
Metropolitenin Nizamnaməsi 1995-ci il sentyabrın 4-də Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Qaynar.info
Şərhlər