Xəbər lenti

Ölkə 12:27 08.09.2017

Bakı metrosunda nə baş verdi? (YENİLƏNİB)

Səhər saat 9 radələrində “Həzi Aslanov” stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranmışdı. Qatar özü hərəkət edə bilmədiyindən başqa qatara qoşub xətdən çıxartdıq. Bu müddət ərzində gecikmə oldu və qatarların qrafiki pozuldu.

Bu sözləri axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün səhər saatlarında metroda maşinistin qatarı geriyə sürməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib. N.Paşayev bildirib ki, yaranmış problemlə əlaqədar başqa stansiyalarda sərnişinlər çox gözləməsin deyə, əlavə tədbirlər də görülüb:

"Əhmədli” stansiyasından 3 qatar, “Neftçilər” stansiyasından da 1 qatarı təkrar “28 May” stansiyası istiqamətinə göndərmişik”.

***

12.16

Bu gün səhər saatlarında “Əhmədli” metrostansiyasında həyəcanlı anlar yaşanıb. Belə ki, maşinist ikinci yolda qatarı bir neçə dəfə geriyə hərəkət etdirib. Bu isə sərnişinlərin ciddi həyəcanına, sonradan isə narazılığına səbəb olub. 

Cebhe.info əməkdaşının verdiyi məlumata görə, qəribə vəziyyət qatarın qarafikini səhv salması səbəbindən baş verib.

Bir neçə dəfə geriyə hərəkət edib. Nəticədə sərnişinlərlə maşinist arasında qarşıdurma yaşanıb. Ümumilikdə isə stansiyada 20 dəqiqəlik həyəcanlı anlar yaşanıb. 


Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?