Xəbər lenti

Ölkə 17:13 07.10.2017

Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib (FOTO/YENİLƏNİB)

Bakı şəhər Baş Polis İdarəsi  bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb.

"Qaynarinfo"nun məlumatına görə, idarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200  (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.

"Qaynarinfo"nun APA-ya istinadən xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?