Bakı polisindən Pənah Hüseyn və Tural Abbaslıya xəbərdarlıq

Bakı polisindən Pənah Hüseyn və Tural Abbaslıya xəbərdarlıq

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

İdarə sözçüsünün sözlərinə görə ki, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq:

"Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR