Bakı-Qazax yolunda iki yük avtomobili toqquşdu (FOTO)

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşdu (FOTO)

Bakı-Qazax magistralının 136-cı kilometrliyində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Gədəbəy sakini, 1984-cü il təvəllüdlü Sülhəddin Qurbanovun idarə etdiyi mişar daşı ilə yüklənmiş  "HOVO" markalı avtomobil hərəkətdə olarkən 100-dən çox iribuynuzlu heyvanla yüklü olan Ukrayna vətəndaşının idarə etdiyi  "VOLVO" markalı TIR arxadan ona çırpılıb.

Nəticədə daşla yüklənmiş yük avtomobili aşıb, mişar daşları yola tökülüb.

"HOVO" markalı yük avtomobilinin sürücüsü müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər sürücünün sol qolunun amputasiya təhlükəsinin olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR