Ölkə 18:34 27.11.2020

Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

Qaynarinfo xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə bu vəzifəyə polis polkovniki Əkbər İsmayılov təyin olunub.

Ə.İsmayılov bu təyinata qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.