Ekonomiks 10:34 04.03.2020

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən Qaynarinfo-ya verilən məlumata görə, buna səbəb kontakt şəbəkəsində kontakt naqillərinin naməlum şəxslər tərəfindən oğurlanmasıdır.

Hadisə nəticəsində Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb.

Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir.

Hadisə aidiyyəti üzrə araşdırılır.