Bu gün Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən Qaynarinfo-ya verilən məlumata görə, buna səbəb kontakt şəbəkəsində kontakt naqillərinin naməlum şəxslər tərəfindən oğurlanmasıdır.
Hadisə nəticəsində Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb.
Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir.
Hadisə aidiyyəti üzrə araşdırılır.
Şərhlər