Video 09:19 03.02.2021

Bakı-Sumqayıt yolunda ağır qəza (VİDEO)

Bakı-Sumqayıt şosesində avtomobil yüksək sürətlə digər nəqliyyat vasitəsinə çırpılıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.

"Toyota" markalı avtomobil yüksək sürətlə "Mercedes"ə çırpılıb. Nəticədə "Toyota" aşıb. Qəza nəticəsində "Toyota" markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Faktla bağlı avtoekspertiza təyin edilib.