Xəbər lenti

Foto 14:11 27.04.2019

Bakı-Sumqayıt yolunda sərnişin avtobus qəzasında ağır xəsarət alan olmayıb (YENİLƏNİB/FOTO)

Bakı-Sumqayıt yolunda "Hyundai Terracan” markalı avtomobil ötmə əməliyyatı edərkən qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılması zamanı ciddi xəsarət alan yoxdur

Qaynarinfo xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Qurum rəsmisi bildirib ki, sərnişinlərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

***11.29

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında "Hyundai Terracan” markalı avtomobil qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılıb.

İdarəetməni itirən avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb. Hadisə nəticəsində ciddi xəsarət alanların olduğu bildirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->