Ölkə 19:53 27.09.2021

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının hərəkətində problem yarandı

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Qaynarinfo xəbər verir ki, saat 18:35-də Bakı Dəmir Yolu Vağzalından hərəkətə başlayan qatar 15 dəqiqə sonra dayanıb.

Maşinist bunu texniki problemlə əlaqələndirib.

Hazırda problemin aradan qaldırılması üzərində iş gedir.