Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü müəyyən edilib.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.
Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Toyota Land Cruiser" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.
Şərhlər