Xəbər lenti

Ölkə 11:48 26.04.2024

Bakıda 21 yaşlı model faciəli şəkildə öldü (FOTO)

Bakıda gənc qız dəm qazından boğulub.
 
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.
 
Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->