Foto 15:57 17.10.2021

Bakıda ağacların dibi betonlanıb: Yaşıllaşdırma idarəsindən açıqlama (FOTOLAR)

Bakıda ağacların dibi betonlanıb.

Bu barədə fotoları Oxu.Az-ın redaksiyasına sakinlər göndərib.

Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən restoranların birinin qarşısında ağacların dibi betonlanıb, nəticədə biri tamamilə quruyub.

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların dibi betondan təmizlənib:

"Onlara aqrotexniki qaydada qulluq göstərilib”.