Xəbər lenti

Bakıda marşrut sürücüsü sərnişinləri yarıyolda düşürdü
Ölkə 11:17 24.11.2017

Bakıda marşrut sürücüsü sərnişinləri yarıyolda düşürdü

Bu marşrutdakı avtobuslardan gələn şikayətlər tükənmir.

Qaynarinfo xəbər verir ki, Bakı sakinlərindin biri Milli.Az-a müraciət edərək paytaxtda 165 saylı marşrut üzrə hərəkət edən 10 TG 323 dövlət nişanlı avtobusun sürücüsündən şikayət edib:  

"Avtobusun sürücüsü noyabrın 23-də, saat 19:20-də Azadlıq prospektində, "Baku Electronics"in yanında avtobusu saxladı və geri dönmək üçün camaatı boşaltdı. Bəhanə etdi ki, guya yol bağlıdı. Amma, əslində, yol açıq idi. Camaat qaldı yarı yolda. Sonra da sürücü və onun məktəbyaşlı konduktoru qanunu kobud şəkildə pozaraq sərnişinlərdən pul tələb etməyə başladılar. Halbuki, camaat istədiyi yerə, lazımi ünvana gedə bilməmişdi. Avtobusdan düşüb yarım saat 133 nömrəli maşrutu gözlədim, gəlmədi.

Yarım saatdan sonra birinin yerinə iki avtobus gəldi. Bu marşrutların heç birinə nəzarət olunmur, bütün qrafikləri alt-üst olur. Sürücülərə etiraz edəndə deyirlər ki, bizə heç kim heç nə edə bilməz, güclü "dayday"ımız var. Bunların həmin o yekə "dayday"larına görə arada qara camaat hər gün əziyyət çəkməli olur".

Qeyd edək ki, sərnişinlər tərəfindən paytaxtda şəhərin mərkəzindən Binəqədi istiqamətində hərəkət edən 165 və 133 saylı marşrutlardan və avtobus sürücülərindən, demək olar ki, hər gün həm Milli.Az-a müxtəlif səpkili şikayətlər daxil olur. Həmin şikayətlər Bakı Nəqliyyat Agentliyinə də göndərilir. Lakin nə hikmətdirsə, hələlik onlar barəsində lazımi ölçü götürülmür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->