Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də 34 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
Şərhlər