Xəbər lenti

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu
Ölkə 12:06 17.12.2017

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu

"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

Qaynarinfo xəbər verir ki, virtualaz.org-un əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.
 
Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->