Ölkə 14:30 10.04.2021

Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə öldü

Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.

"Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.