"Bu, reyd deyil. Xüsusi ilə pik saatlarında bütün qüvvələri səfərbər edib ərazidə xidmət aparmağı təşkil etməkdə məqsəd Bakı şəhər üzrə süni sıxlığın yaranmaması, dayanma-durma tələblərinə nəzarətin gücləndirilməsi və bu tələblərin dəqiq yerinə yetirilməsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, insanlar arasında təbliğat aparmaq, profilaktik tədbirlərin keçirilməsinə üstünlük vermək lazımdır:
"Bu tələblər pozulduqda xeyli narahatlıq və narazılıq əmələ gəlir. Bu gün polis əməkdaşlarının sayca çox olduğunu və eyni zamanda sərbəst, rahat hərəkətin də təşkilini gördük. Biz polis əməkdaşının sayını nə qədər artırmalıyıq ki, hər bir sürücünün üstündə bir əməkdaşımız dayanıb desin ki, "burada maşın saxlama” və yaxud "başqalarının hərəkətinə mane olma” və s. Bu, nə dərəcədə düzdür? Olmaz ki, vətəndaşlar özləri bu tələblərə könüllü əməl eləsin?”
Vaqif Əsədov qeyd edib ki, yeganə məqsəd polis əməkdaşının müdaxiləsi olmadan hərəkət etməyi bacarmaq və bir-birinin yolunu kəsməməkdir:
"Hər bir sürücü bir saniyə deyir, amma bir dəqiqədən çox yolu tutur. Bu gün hər 4 maşından biri dayanmaq istəyib. Niyə? Sumqayıtdan, Abşerondan qonaq gətirir, gəlib "20 Yanvar”a çatanda qapını açıb bir ayağını yerə qoyub başlayır söhbət eləməyə. Hətta "axşam nə vaxt qayıdacaqsan, mən burda gözləməyəcəm, o tərəfdə olacam” və s. deyə bir müzakirə də aparır. Yol boyu gəlirsiz, danışın da, gərək elə gəlib dayananda söhbətləşəsiniz? Maşın dayandı, aç qapını düş, daha niyə söhbət edirsən? Qəribə bir adətimiz, ənənəmiz var ey. Gəlin biri-birimizə mane olmayaq. Hər bir sürücünün 10 saniyə dayanması xeyli avtomobilin hərəkətinə mane olur. Yolun hərəkət hissəsində bir dəqiqə deyib, elə 30 saniyə dayanmağın bir istiqamətli, iki hərəkət zolağında 70-ə yaxın nəqliyyat vasitəsinin və sürücüsünün 7 dəqiqə ləngiməsi deməkdir. Bu da bizim tərəfimizdən aparılan bir təhlildir. Avtomobillərin dayanması, durması, park edilməsi Bakı şəhər üzrə ən piriotet məsələdir və bu tələblər müzakirə edilmədən yerinə yetirilməlidir”.
Bahar Rüstəmli
Şərhlər