Onun silah alverində əli olduğu bildirilir.
Bakının Nizami rayonunda uzun müddət polisdən gizlənən və ağır cinayətlərdə təqsirli bilinən silah alverçisi tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Alqayıt Əzizov uzun sürən axtarış-əməliyyatından sonra yaxalanıb. Onu Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tuta biliblər.
Qeyd edək ki, Alqayıt Əzizov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə günahlandırılıb.
Qaynar.info
Şərhlər