Ekonomiks 22:20 18.06.2015

Bakıda enerji doldurma məntəqələri qurulur - FOTOLAR

“IDEA” İctimai Birliyinin dəstəyi ilə Bakıda enerji doldurma məntəqələrinin qurulmasına başlanılıb. Fins.az-ın məlumatına görə, “GreenCar” MMC və “Azərişıq” ASC ilə birlikdə həyata keçirilən layihə çərçivəsində Bakının müxtəlif ərazilərində və regionlarda müasir texnoloji vasitələrlə təmin olunmuş enerjidoldurma cihazları quraşdırılacaq.

İlk belə enerjidoldurma məntəqəsi Heydər Əliyev Mərkəzinin yanındakı parkinqdə istifadəyə verilib. Xüsusi proqram təminatı ilə idarə olunan enerjidoldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrikli avtomobillərdə mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.


“GreenCar” MMC ətraf mühitin qorunmasında əvəzsiz olan vasitələrin - elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsini, eləcə də ekologiyanın qorunmasına xidmət edən layihələr həyata keçirir.


Qaynar.info