Xəbər lenti

Bakıda film kimi olay: qolunda qandalla xəstəxanadan qaçdı, evə gedib yatdı
Ölkə 15:30 17.12.2019

Bakıda film kimi olay: qolunda qandalla xəstəxanadan qaçdı, evə gedib yatdı

Bakıda polisin saxladığı şəxs qolu qandallı xəstəxanadan qaçıb.

"Report”un xəbərinə görə, hadisə dekabrın 15-də baş verib.

Belə ki, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

O, idarənin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov çay içərkən qaşığı götürərək udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkim müayinəsindən keçib. Müayinə zamanı E.Sadıqov polisin diqqətindən yayınaraq xəstəxananın 4-cü mərtəbəsindən əlində qandal pəncərəni qıraraq qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.Sadıqov yaşadığı ünvanda aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxs yaşadığı evə gedərək orada yatıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->