Xəbər lenti

Dünyanın ən çox maaş alan futbolçusu olacaq - İldə 263 milyon...
İdman 17:17 27.06.2025

Dünyanın ən çox maaş alan futbolçusu olacaq - İldə 263 milyon...

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo yeni müqaviləyə əsasən ildə 263 milyon avro qazanacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri sosial şəbəkələrdə məlumat verib.

Ronaldonun Səudiyyə klubu ilə yeni müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ronaldo dünyanın ən çox maaş alan futbolçusu olacaq. Bu göstəricidə ikinci və üçüncü yerləri ildə 200 milyon avro qazanan Səudiyyə Ərəbistanının "Əl-İttahad" klubundan Kərim Benzema və ABŞ-ın "İnter Mayami" klubundan Lionel Messi tutur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->