Ölkə 13:54 25.05.2020

Bakıda "30 dəqiqə"nin qurbanı olan kuryer bu şirkətin işçisi imiş (FOTO/YENİLƏNİB)

Ötən gün Bakıda gənc oğlanın öldüyü yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, "Domino's pizza”da kuryer işləyən Ülvi adlı gənc oğlan motosikleti ilə qəzaya düşüb. O, aldığı xəsarətdən vəfat edib.

Sosial şəbəkələrdə qeyd edilir ki, gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır.

Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur.

Dünyasını dəyişən gəncin ölümünə səbəb də məhz sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.

Baş verən qəzadan sonra sosial şəbəkələrdə "Domino's pizza”nın kampaniyasına etirazlar başlayıb. Sosial şəbəkə istifadəçiləri "30 dəqiqəyə çatmasa, ödəniş etməyin" kampaniyasına etiraz ediblər.

Bildirilir ki, belə kampaniyalar olduqca qəzalar çoxalacaq.

Məsələ ilə bağlı "Domino's pizza” rəhbərliyilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama veriləcək.
 
***11:50

Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə ötən həftə baş verib. Yerli restoranların birində kuryer işləyən gənc oğlan öz motosikleti ilə qəzaya düşüb, aldığı xəsarətlərtdən sonra dünyasını dəyişib.

Gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur. Dünyasını dəyişən gəncin ölümünə səbəb də, sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.