Video 17:30 14.06.2021

Bakıda gizli keçirilən toyun görüntüləri yayıldı (VİDEO)

Sosial şəbəkədə Bakıda gizli keçirilən toyun görüntüləri yayılıb.Məclis iyunun 12-də Port Wine Grill restoranında baş tutub.

Toydan görüntüləri sosial şəbəkədə qonaqlar paylaşıb. Pandemiya qaydaları gözlənilməyən məclisdə müğənni Ayaz Babayev çıxış edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanda 2020-ci ilin martın 15-dən toylara, kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.//musavat.com