Bakının girişində güclü tıxac yaranıb.
Qaynarinfo trend-ə istinadla xəbər verir ki, əsas tıxac paytaxtın "Şamaxı yolu" adlanan ərazisində yaranıb. Tıxac hətta Abşeron rayonunun Masazır qəsəbəsinə qədər uzanıb.
Hazırda Bakının Yasamal rayonunun Zərdabi küçəsi və Mətbuat prospektində, Tbilisi prospektində, Bakıxanov küçəsində güclü tıxac var.
Bununla yanaşı, paytaxtın digər küçələrində də avtomobillərin sıxlığı müşahidə olunur.
Şərhlər