Xəbər lenti

Bakıda ilginc hadisə: Əli qılınclı, kəfənli şəxs Təzə Pirə girdi...
Ölkə 17:38 14.07.2017

Bakıda ilginc hadisə: Əli qılınclı, kəfənli şəxs Təzə Pirə girdi...

Bu gün Təzə Pir məscidində cümə namazı zamanı kütləvi dava olub.

Cümə namazında iştirak edən şəxslərin bakupost.az-a verdiyi məlumata görə, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq, axundun xütbəsini kəsmək istəməsi olub. Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar. 

Onun linç edilməsi kütləvi davaya səbəb olub. Hadisəyə hüquq-mühafizə orqanlarının işçiləri qarışıb. Polis ağzı-burnu qan içində olan Yaşarı hadisə yerindən uzaqlaşdırıb və bölməyə aparıb.

Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->