Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilirb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, rayonun 2 nömrəli Sovxozun ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb. "Qızıl noxur" adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözləmədən toplaşmaları və işləmələri müəyyən edilib.
Araşdırma zamanı həmin şəxslərdən 32-nin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin 1 otaqlı tikilidə sosial məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.
22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə cərimələniblər.
Şərhlər