Bakıda itən gənc qız tapılıb.
"Qaynarinfo" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya bacısı Zeynəb Yakubova məlumat verib. O bildirib ki, hazırda hər şey yaxşıdır.
Xatırdalaq ki, 24 yaşlı Olesya Yakubova son olaraq dünən saat 16:00 radələrində “28 May” ərazisində görünmüşdü. Daha sonra onunla əlaqə saxlaya bilməyən ailə üzvləri sosial şəbəkədə axtarış elan etmişdi. Onlar qızın oğurlandığını iddia edirdilər.
Qaynarinfo.Az
Şərhlər