İdman 23:06 25.01.2021

Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olundu

Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olunub.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası 4-7 mart tarixlərində keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunun ləğv olunduğunu açıqlayıb.

Ləğvə səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-dək qapalı zallarda idman yarışlarının təşkilinə qoyduğu qadağadır. Qeyd edək ki, daha əvvəl batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun (13-14 fevral) və karate üzrə Premyer Liqa yarışının (12-14 mart) ləğv olunduğu açıqlanmışdı. (oxu.az)