Ölkə 17:27 27.07.2021

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi bilindi (YENİLƏNİB)

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur
 
16:47

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs "Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.