Bakıda "kitayski" mallar brend adı ilə satılır: 12 manatlıq geyim 68 manata (VIDEO)
Bakıda bəzi ticarət mərkəzlərində, mağazalarda 12 manatlıq geyim 5 dəfə baha satılır.
Qaynarinfo xəbə verir ki, paytaxtda adi dərzilərin tikdiyi paltarların üzərinə dünyanın məşhur markalarının etiketini vuraraq mağazalarda satırlar.
Bu barədə Space TV-də xüsusi reportaj hazırlanıb. Reportajda qeyd olunur ki, geyimlərin İtaliya, Türkiyədən gətirildiyi deyilsə də, əslində mallar Çindən idxal olunur.
Maraqlısı budur ki, həmin mallar Bakının məşhur "Tarqovı" deyilən ərazisində yerləşən mağazalarda da yüksək faizli endirimlərlə satılır.
Reportajda görünür ki, müxbir saxta mallar mağazalara daxil olaraq satıcılardan faktura istəsə də onlar tələb olunanı göstərə bilməyiblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər