Bakıda koronavirusa görə bağlanmış məktəb açıldı

Bakıda koronavirusa görə bağlanmış məktəb açıldı

"Martın 9-da paytaxtdakı 106 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunub”.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin "COVID-19” testi pozitiv çıxdığına görə məktəbdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi.

Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR