Ölkə 16:47 07.05.2021

Bakıda küçələrin birinə Polad Həşimovun adı verildi

Bakıda küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Oxu.Az-ın məlumatına görə, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirililib. 

Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.