Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Qaynarinfo xəbgər verir ki, cavab oyunları çərçivəsində hər iki qarşılaşma eyni vaxtda baş tutub.
İlk dəfə Azərbaycanın ev sahibliyi edəcək avrokubokların finalının iştirakçıları da bu görüşlərdən sonra bəlli olub. Yarımfinalda iki komanda ilə təmsil olunan İngiltərənin klublarından biri evdə, digər səfərdə meydana çıxıb.
"Arsenal” İspaniyada "Valensiya”nın qonağı olub. İndiyədək bu turnirin qalibi olmayan London təmsilçisi evdə qazandığı 3:1 hesablı üstünlüyü səfərdə də qoruyub. "Yarasalar”ın 15 il əvvəl qazandığı kuboka yenidən sahib olmaq arzusu ürəyində qalıb. İspaniyadan da qalibiyyətlə dönən "Arsenal" adını finala yazdırıb.
Digər matçda "Çelsi" "Ayntraxt”ı qəbul edib. Ayntraxtdakı nəticə Londonda da təkrarlandığından, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Bu müddətdə də heç kim üstünlüyü ələ keçirə bilməyib. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Həlledici zərbələrdə daha dəqiq oynayan "Çelsi" finala yüksəlib.
Beləliklə, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda ingilis klubları "Arsenal"la "Çelsi" üz-üzə gələcək.
Avropa Liqası
Yarımfinal
Cavab oyunları
9 may
Valensiya (İspaniya) - Arsenal (İngiltərə) 2:3
Qollar: Qameyro, 11; 58 - Obameyanq, 17; 69; 89. Lyakazett, 50.
Çelsi (İngiltərə) - Ayntraxt (Almaniya) 1:1
Qollar: Loftus-Çik, 28 - Yoviç, 48.
Şərhlər