Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.
Qaynarinfo xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.
Həmin şəxs aidiyyatı üzrə təhvil verilib.
DİN-in mətbuat xidmətindən "Report"a fakt təsdiqlənib.
Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.ğ
11:54
Xəbər verdiyimiz kimi, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan 1976-cı il təvəllüdlü Tərlan Həsənov iyulun 21-də Suraxanı Rayon Məhkəməsindən qaçıb.
Qaynarinfo xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Tərlan Həsənov saxlanılıb. Onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Tərlan Həsənov izahatında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
O məhkəmədən qaçıb.
Əhməd
Şərhlər