Bakıda metil spirtindən ölənlərin sayı 9 nəfərə çatdı

Bakıda metil spirtindən ölənlərin sayı 9 nəfərə çatdı

Bakıda Toksikoloji mərkəzə "metil spirtindən zəhərlənmə” diaqnozu ilə yeni daxil olan yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a mərkəzin rəhbəri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, aprelin 9-da Bakı şəhərinin bir sıra apteklərində tibbi spirt adı altında satılan metil spirtindən istifadə nəticəsində zəhərlənən doqquzuncu şəxs də xəstəxanada ölüb. Ümumilikdə, bu səbəbdən 13 nəfər zərər çəkib.
 
Qeyd edək ki, ölən doqquzuncu şəxs 1978-ci il təvəllüdlü Şüvəlan sakini Dmitri Pavlovdur.

A.Maqsudov güman edir ki, vəziyyətə son günlər KİV-də spirtli içkilərin təhlükəli olması barədə tez-tez məlumatların yayılması da kömək edə bilər. Bundan əlavə, müvafiq qurumların paytaxtın apteklərində reydlər keçirdikləri və satışdan saxta spirtləri yığışdırıldıqları da bildirilir.

5-10 ml metil spirtinin qəbulu şiddətli zəhərlənmə və korluğa səbəb olur, 30 ml həcmində isə ölümə gətirib çıxarır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR