Xəbər lenti

Bakıda “My Nakhcivan” sərgisi açıldı (FOTOLAR)
Foto 10:16 23.05.2018

Bakıda “My Nakhcivan” sərgisi açıldı (FOTOLAR)

Mayın 22-də "Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun "My Nakhchivan” ("Mənim Naxçıvanım”) adlı fotosərgisi açılıb. 

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, sərgiyə  tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə Milli Məclisin deputatları qatılıb.  Fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş videoçarxa baxıblar.

Tədbiri açan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sərginin əhəmiyyətindən söz açıb. Sərginin Naxçıvana ithaf edilməsinin önəmini qeyd edən B.Əsgərov ekspozisiyada yer alan fotoların məna və məzmun baxımından dolğunluğunu vurğulayıb. Qeyd edib ki, fotosərgi Naxçıvanın əsrarəngiz təbiətini tanıtmaq, təbliğ etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Fotoqraf Hüseyn Bağırov isə jurnalistlərə açıqlamasında qeyd edib ki, bu şəkillər Naxçıvan Muxtar Respublikasının hər rayonundan ibarət olan şəkillərdir: "Demək olar ki dörd fəslin hamısı bu sərgidə cəmlənib. Burada məqsəd Naxçıvanın görkəmli yerlərini insanlara tanıtdırmaqdır. Bu şəkillər  1 il ərzində çəkilib. 65-ə yaxın əsər sərgidə nümayiş olunur. Foto  sənəti ilə məşğulam. Özüm Ordubadlıyam. Naxçıvanı daim tanıtmaq  istəmişəm. Ona görə də bu işə başlamışam”.

Sonra qonaqlar üç gün davam edəcək fotosərgiyə baxıblar. Sərgi maraqla qarşılanıb.

Sərgidə Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, fotosərginin İnstaqramda səhifəsi fəaliyyətə başlayıb: https://www.instagram.com/mynakhchivan/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->