İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Əfəndiyev Samir Qəzənfər oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilib.
Belə ki, mağazanın pəncərəsində "Endirim 50%-ə qədər" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Əfəndiyev Samir Qəzənfər oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Qaynar.info
Şərhlər