"Badamdarda hərəkətin sol tərəfə olduğunu göstərən nişan yoxuşun əvvəlində quraşdırılıb. Halbuki, orada düz və ya sağa hərəkət nişanı olmalıdır. Yoxuşun ortasında isə "dayanma və durma qadağandır" nişanı quraşdırılıb. Həmin nişan hərəkətin əks istiqaməti tərəfində quraşdırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.
Saytın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, həmin nişanlar sürüşmə ilə əlaqədar olaraq müvəqqəti quraşdırılıb.
"Adətən yol bağlananda bu cür müvəqqəti nişanları quraşdırılır. Yol açıldıqdan sonra həmin nişanlar yığışdırılır. Biz həmin əraziyə baxış keçirəcəyik. Sürücüləri çaşdıran yol nişanları yığışdırılacaq", - idarənin əməkdaşı bildirib.
Qaynar.info
Şərhlər