Foto 10:04 25.04.2019

Bakıda sabiq deputatın məşhur restoranı sökülür (FOTOLAR)

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə "Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yerləşən əksər restoranlar, ticarət və ictimai-iaşə obyektləri sökülüb.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, adıçəkilən ərazidə sabiq millət vəkili Fərhad Qəribovun "Billur” restoranının söküntüsünə başlanılıb. 

Qeyd edək ki, F. Qəribov, həm də "Şəki" restoranının sahibidir.