Şirvan şəhərindən Bakıya gəzməyə gələn 23 yaşlı Cabbarlı Rahil Zeynal oğlunun qoluna Binəqədi polisi qandal vurub
Şirvan şəhərindən Bakıya gəzməyə gələn 23 yaşlı Cabbarlı Rahil Zeynal oğlunun qoluna Binəqədi polisi qandal vurub. O, paytaxta cibi dolu gəlib. Gətirdiyi pulun 950 manatı isə saxta olub.
Elə onun saxlanılması da buna görədir. Şübhəli şəxs kimi Binəqədi polisi tərəfindən Beynəlxalq Avtovağzal ərazisində tutulan Rahil, istintaqa verdiyi ilkin ifadəsində həmin pulları yaşadığı rayonda hazırladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq Rahilin verdiyi ifadənin nə dərəcədə doğru olub-olmadığını, həmçinin onun indiyə kimi başqa yerlərdə saxta əskinaslardan istifadəsi araşdırır.
Qaynar.info
Şərhlər