Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur” adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.
Aksiyada "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.
Şərhlər