Xəbər lenti

Bakıda sensorlu işıqfor quraşdırıldı
Foto 21:55 22.02.2020

Bakıda sensorlu işıqfor quraşdırıldı

Bakıda Bibiheybət yolu ilə Arif İsmayılov küçəsinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.

Qaynarinfo-nun Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi xəbərə görə, işıqfor xüsusi sensorla təchiz edilib. 

Piyada sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər.

Qeyd edək ki, bu işıqfor əsasən hərəkətin intensiv olduğu yollarda quraşdırılır və yolda piyada olmadığı halda işıqforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->