Video 11:18 03.02.2019

Bakıda sərnişin avtobusunda yanğın (VİDEO)

Bakının Xətai rayonunda, Əhmədli metrosunun çıxışında 46 saylı marşrutda partlayış olub.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, partlayışdan sonra yanğın baş verib. Yaxınlıqdakı "Bakı Bus” marşrutlarının sürücülərinin müdaxiləsindən sonra yanğın söndürülüb. 

Sərnişinlər vaxtında təxliyyə olunduğundan yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürən cəlb olunub.

Partlayışın səbəbi hələlik məlum deyil.