Paytaxtda Bakı Nəqliyyat Agentliyinin cəriməsindən yayınmaq istəyən bəzi sürücülər maraqlı üsula əl atıblar.
Qaynarinfo Yenisabah.az-a istinadən xəbər verir ki, avtomobili yol kənarında park edən sürücülər qeydiyyat nişanını gizlətmək üçün yük qapısını açıq qoyurlar.
Bakının 28 may küçəsi, 23 N-li məktəbin qarşısında çəkilən fotolarda da bu öz əksini tapıb. Sürücülərin əl atdığı üsul ətrafdakıların marağına səbəb olub.
Qeyd edək ki, fotolar tanınmış fotoqraf Elçin Murada məxsusdur.
Şərhlər