Xəbər lenti

Foto 10:55 09.08.2019

Bakıda tarixi binanın qapıları yoxa çıxdı (FOTO)

Bakı şəhəri, Neftçilər prospekti 105 ünvanındakı tarixi binanın qapıları yoxa çıxıb.

Qaynarinfo Yeni Sabah-a istinadən xəbər verir ki,  bir neçə gün bundan əvvəl memarlıq abidəsinin taxtadan düzəldilmiş tarixi giriş qapısı yoxa çıxıb. Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, onun yerinə müasir şüşə qapılar qoyulub. 

Bu məsələ sakinlərin narazılığına səbəb olub. Onlar bu qapının tarixi binanın görünüşünü korladığını iddia edirlər. 

Qeyd edək ki, 1909-cu ilə aid bina öz səliqəli fasadı ilə diqqət çəkir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->