Xəbər lenti

Ukraynalı xokkeyçinin vurduğu şayba Çinin baş məşqçisinin başına dəydi (VİDEO)
Dünya 22:03 30.04.2024

Ukraynalı xokkeyçinin vurduğu şayba Çinin baş məşqçisinin başına dəydi (VİDEO)

Birinci divizionun B qrupunda keçirilən xokkey üzrə Dünya çempionatının üçüncü turunda Ukrayna yığması Çinə qalib gəlib - 9:0.

Qaynarinfo xəbər verir ki, matçın üçüncü hissəsində kifayət qədər qeyri-adi epizod yaşanıb.
 
Ukraynalı xokkeyçi Qleb Krivoşapkin rəqibi ilə yarışda şaybaya zərbə vurub və o, meydançadan uçaraq Çin millisinin baş məşqçisi Spiros Anastasiadisin başına dəyib.

Xoşbəxtlikdən məşqçinin tibbi yardıma ehtiyacı olmayıb və hakimlər oyunu dayandırmayıblar.

Bu qələbədən sonra Ukrayna komandası inamla divizionda birinci yeri tutur - üç oyundan sonra 9 xal. Növbəti dünya çempionatında Ukrayna yığması daha iki oyun keçirəcək - İspaniya (1 may) və Litva (3 mayda) ilə. Divizyon qalibi sinifdə irəliləyərək birinci divizionun A qrupuna daxil olacaq, oradan artıq dünya xokkey elitasına yol açılır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->